Sumqayıt və Xırdalanda yeni yaşayış kompleksləri tikiləcək.
Banker.az xəbər verir ki, bununla bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçirilib.
İctimai dinləmədə Agentliyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunub, ictimaiyyət üçün maraq kəsb edən məsələlərə diqqət yetirilib, xüsusilə mövcud yaşıllıqların landşaft elementi kimi qorunması müzakirə olunub və yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinlənilib.
Sumqayıt və Xırdalanda həyata keçirilməsi nəzərdə tutulan layihələr aşağıdakılardır:
Sumqayıt şəhəri, Babək küçəsi 52 ünvanında olan yaşayış kompleksi ərazisində yeraltı qarajın tikintisi layihəsi və Xırdalan şəhəri ərazisində 2.0687 ha torpaq sahəsində layihələndirilən 7 binadan ibarət çoxmərtəbəli yaşayış kompleksi.