Sumqayıt yolunda yeni geridönmə hissəsi yaradılıb

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun “Xırdalan dairəsi” istiqamətində avtonəqliyyat vasitələrinin geri dönməsini təmin etmək məqsədi ilə sözügedən avtomagistralın təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını “Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə, öz növbəsində, “Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək.

Yeni yol hissəsi bir istiqamətlidir və yalnız paytaxta doğru geridönməni təmin edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları