Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu «Diadem» QSC ilə 43 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Sumqayıt şəhəri ərazisində birinci mərhələdə 1242 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin tikintisi nəzərdə tutulur.
Müqavilənin dəyəri 43 000 000 manatdır.