Sumqayıtda 1242 mənzildən ibarət yarımçıq kompleks satışa çıxarılır – Qiymət ₼15 milyon

21 aprel 2026-cı il tarixində saat 10:00-da Sumqayıt şəhərində tikintisi dondurulmuş və başa çatdırılmamış iri yaşayış kompleksi hərraca çıxarılacaq.

Banker.az xəbər verir ki,  1242 mənzildən ibarət yaşayış kompleksinin yarımçıq tikilisi satışa çıxarılıb. Obyekt Sumqayıt şəhərində, Xovlu İplik Fabrikinin cənub hissəsində yerləşir. Layihənin sifarişçisi AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir.

Hərraca çıxarılan əmlakın əsas göstəriciləri belədir:

  • Özəlləşdirilən torpaq sahəsi: 30 000 kv.m
  • Əmlakın ilkin satış qiyməti: 13 370 000 manat
  • Torpaq sahəsinin ilkin satış qiyməti: 1 500 000 manat
  • Ümumi start qiyməti: 14 870 000 manat
  • 10% beh məbləği: 1 487 000 manat

Hərrac Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12 ünvanında (Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin binası) hərrac komissiyası tərəfindən keçiriləcəkdir.
Əlaqə telefonu: (kod 01865) 4-47-97

Son xəbərlər
Digər xəbərlər