9 C
Baku
Thursday, December 12, 2024

Sumqayıtda 144 mənzil güzəştlə satışa çıxarıldı – Aylıq 128 manatdan ödəniş

Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştlə satışı 17 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 20 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

Satışa ümumilikdə 144 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 04.06.2019-cu il tarixli 27459 nömrəli müsbət rəyi mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.

Bina № Binanın yerləşdiyi
torpaq sahəsi (m²)
Binada
mərtəbə
sayı
Binaya giriş
sayı
Mənzillərin
otaqlarının sayı
Mənzillərin
sayı
Mənzillərin daxili
perimetr üzrə
sahəsi (m²)
Mənzillərin xarici
perimetr üzrə
sahəsi (m²)
Baş podratçı /
ünvanı
Tikinti-quraşdırma və
təmir işlərinin
başaçatma tarixi
1 779,2 9 2 Studio tipli 18 34,9 43,1 “Amal Group” MMC (“NN Group” MMC ilə konsorsium) /

Bakı, Yasamal, Məhəmməd İbn Hinduşah

Naxçivani küçəsi, ev 22, mənzil 90

26 yanvar 2021-ci il
2 36 56,6 68,34 – 68,71
3 18 74,5 87,06
2 779,2 9 2 1 18 35,5 43,02  “Amal Group” MMC (“NN Group” MMC ilə konsorsium) /

Bakı, Yasamal, Məhəmməd İbn Hinduşah

Naxçivani küçəsi, ev 22, mənzil 90

26 yanvar 2021-ci il
2 36 56,6 68,34 – 68,71
3 18 74,5 87,06

 

 Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

 Studio tipli mənzillərin qiyməti – 29 665 manat,

1 otaqlı mənzillərin qiyməti – 30 175 manat,

2 otaqlı mənzillərin qiyməti – 48 110 manat,

3 otaqlı mənzillərin qiyməti – 63 325 manatdır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

İllik faiz dərəcəsi Müddət Minimal ilkin ödəniş Aylıq ödəniş*
Studio tipli 1 otaqlı 2 otaqlı 3 otaqlı
4% 3-30 il 10% 128 manat 130 manat 207 manat 272 manat
* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

 

Otaqların sayı Mənzilin qiyməti

(manat)

Əlavə endirim məbləği

(manat)

Əlavə endirimdən sonra mənzilin satış qiyməti

(manat)

Studio tipli 29 665 2 966 26 699
1  30 175 3 017 27 158
2 48 110 4 811 43 299
3 63 325 6 332 56 993
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamaları aparmaq https://sumqayit.mida.gov.az/ internet səhifəsi üzərində mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt və Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

Satışa çıxarılan mənzillər barədə daha ətraflı məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

1 saylı binada satışa çıxarılan mənzillər

2 saylı binada satışa çıxarılan mənzillər

 

Qeyd: “Güzəştli mənzil” sisteminin istifadəçiləri satış modulundan istifadəyə və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərlər:

Son xəbərlər
Digər xəbərlər