Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyi “Everest Tikinti” MMC və “Azərenerji Təchizat” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, “Everest Tikinti” MMC ilə bağlanmış müqavilədə Sumqayıt şəhərinin küçə, yol və mikrorayon – məhəllələr ərazilərində asfalt örtüyünün əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 1 371 499 manatdır.
“Azərenerji Təchizat” MMC ilə bağlanmış müqavilədə isə Sumqayıt şəhərində küçə, prospekt və parklarda aparılacaq abadlıq işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin məbləği isə 1 005 884 manatdır.