3 C
Baku
Saturday, February 24, 2024

Sumqayıtda bir ayda sürücülərə 50 minə yaxın cərimə yazılıb

Sumqayıtda bir ayda sürücülərə 50 minə yaxın cərimə yazılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində şəhər ərazisində növbəti profilaktik tədbir keçirilib.

Tədbir zamanı atmosferi normadan artıq çirkləndirən avtomobillərin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb.

Ekoloji normalara cavab verməyən avtomobil sahibləri inzibati qaydada məsuliyyətə cəlb olunublar. “Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbir zamanı şəhər ərazisində 40 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilib.

Həmçinin, Sumqayıt şəhərində yol polislərinin cari il ərzində intizamsız sürücülərə qarşı keçirdikləri profilaktik tədbirlər zamanı 48 284 protokol tərtib edilib. O cümlədən, avtomobili sərxoş vəziyyətdə idarə edən 370, narkotikin təsiri altında sükan arxasında əyləşən 128, sürücülük hüququ olmayan 110, avtoxuliqanlıq edən 5, polisin qanuni saxla əmrinə tabe olmayan 23, yük və sərnişindaşıma qaydalarını pozan 202, dayanma-durma qaydalarına əməl etməyən sürücülər barəsində 25 139 inzibati protokol tərtib edilib.

Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, eləcə də digər yol hərəkəti qaydalarını pozan sürücülər barəsində də müvafiq tədbirlər görülüb.

“Sumqayıt şəhəri ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan intizamsız sürücülərə qarşı profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiriləcək”, – məlumatda qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər