Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək.
Bu barədə 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində məlumat verilib. Bildirilib ki, Səudiyyə Ərəbistanının “ACVVA POVVER” şirkəti Azərbaycanda içməli su istehsalı üçün dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsinin sənədləşdirilməsinə hazırlıq işlərinin yekunlaşdırır.
Ekoloq Zaur İmrani bildirir ki, dəniz suyunun duzsuzlaşdırılması su qıtlığı ilə üzləşən bəzi bölgələrə alternativ və dayanıqlı mənbə təmin edə bilər. O, həmçinin qeyd edib ki, sözügedən layihə Azərbaycanın su təhlükəsizliyini təmin etmək və ehtiyatları səmərəli idarə etmək məqsədi daşıyan strateji bir addımdır.
Ekoloq Rövşən Abbasov isə bildirir ki, iri şəhərlərə, xüsusilə Bakı və Abşeron yarımadasına içməli su digər rayonlardan nəql olunur. Bu isə həmin rayonlarda həm içməli, həm də kənd təsərrüfatı üçün suvarmaya lazım olan suyu azaldır.