Sumqayıtda hoteldə partlayış olub, yaralananlar var

Sumqayıt şəhərində hoteldə partlayış olub.

Hadisə SunSet” hotelində qeydə alınıb.

İlkin məlumata görə, hotelin qazanxanasında anidən partlayış baş verib və 3 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda nazirliyin əməkdaşları əraziyə cəlb edilib: “Yanğın baş verməyib, ilkin məlumata görə qazanxanada partlayış olub”.

Əlavə məlumat veriləcək.

Son xəbərlər
Digər xəbərlər