12 C
Baku
Saturday, November 9, 2024

Sumqayıtda “Osmanlı” restoranı cərimələnib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon, N. Nərimanov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Alxazov Şaban Qiyas oğluna məxsus “Osmanlı” restoranında keçirilən planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, müəssisənin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, ət emalı sahəsinin mövcud olmadığı, məhsulların saxlanıldığı sahədə mal qonşuluğu prinsipinin pozulduğu və digər nöqsanlar aşkar edilib. Həmçinin xammal kimi istifadə olunan ət məhsullarının, çiy dönər yarımfabrikatlarının və digər xammalların müşayiətedici sənədləri yoxlamaya təqdim olunmayıb.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, müayinələrin aparılması üçün hazır qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib.

Son xəbərlər
Digər xəbərlər