17 C
Baku
Friday, October 18, 2024

Sumqayıtda qanunsuz parklanmaya görə 78 sürücü cərimələnib

Sumqayıtda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib.

Banker.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, reyd zamanı Sumqayıt şəhərinin mərkəzi küçələrində və köməkçi yollarda piyadaların sərbəst hərəkətinə maneçilik yaradan və düzgün parklanmayan nəqliyyat vasitələri müəyyən ediliblər. Gün ərzində keçirilən reydlərdə 78 sürücü barəsində inzibati protokol tərtib edilib. Sumqayıt şəhərində keçirilən reydlər zamanı qanunsuz olaraq parklama xidməti təşkil edən şəxslər də müəyyən edilib və onlar da inzibati məsuliyyətə cəlb olunublar.

Son xəbərlər
Digər xəbərlər