Sumqayıtda ictimai nəqliyyat vasitələri kart sisteminə keçir.
Kart sisteminə keçilməsi üçün proses pandemiyadan əvvəl başlanıb.
Artıq sentyabrın 28-dən etibarən Sumqayıtda şəhər daxilində hərəkət edən bütün sərnişin avtobuslarında ödəniş qaydası kart sisteminə keçiriləcək.
Qeyd edək ki, buna qədər yalnız Ceyranbatan – Sumqayıt marşrut xətti üzrə hərəkət edən 9 nömrəli avtobuslarda kart sistemi tətbiq edilirdi.
Kartların qiyməti 2 AZN təşkil edəcək.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev açıqlamasında bildirib ki, yeni alınan 206 sərnişin avtobusunun hər birində artıq validatorlar quraşdırılıb və sınaqdan keçirilib:
“Ayın 28-dən xəttə buraxılan yeni sərnişin avtobuslarının hər birində sərnişinlər gediş haqqlarını kart sistemi vasitəsilə edəcək”.