Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində sexdə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.