25 C
Baku
Saturday, July 13, 2024

“Sun Food” qanunları pozdu, Gömrük Komitəsi protokol tərtib etdi

“Sun Food” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi yazılıb.

Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Nərimanov rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Hafiz Kamranovdur.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Azərsun Holdinq”ə məxsus olan “Sun Food” MMC isə 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 110 225 020 manatdır və qanuni təmsilçisi İrfan Yılmazdır.

Son xəbərlər
Digər xəbərlər