Böyük Britaniyanın Baş nazir Rişi Sunak bu gün San Dieqoda ABŞ prezidenti Co Baydenlə görüşüb.
Baş nazir və prezident Ukraynaya dəstəkdə sabit qalmağın və Putinin beynəlxalq hüquqdan sui-istifadə etməsinə, insan həyatına etinasızlıq göstərməsinə qəti müqavimət göstərməyin vacibliyini müzakirə ediblər. Baş nazir Böyük Britaniyanın Ukraynaya göstərdiyi dəstəyin həcmi və təqdim etdiyi imkanlar haqqında ətraflı şəkildə məlumat verib.
Liderlər razılaşıblar ki, Ukraynanın iki ən böyük beynəlxalq dəstəkçisi olan Böyük Britaniya və ABŞ Ukraynanı dəstəkləmək üçün beynəlxalq səyləri əlaqələndirməkdə mühüm rol oynayırlar.
“Biz, Ukraynanın həm müharibədə qalib gəlməsini, həm də Rusiya tərəfindən yenidən eyni şəkildə təhdid oluna bilməyəcəyi uzunmüddətli sülhün təmin olunmasını təmin etməliyik”, deyə baş nazir bildirib.