Süni adamızda dünyanın ən böyük məscidi tikiləcək

Azərbaycanın paytaxtı Bakı şəhərində süni yaradılmış adada dünyanın ən böyük məscidi inşa ediləcək.

Verilən məlumatlara görə, ümumilikdə Bakı buxtasında Khazar Islands adlı yeni bir şəhər salınacaq. Bu şəhər isə özlüyündə 78 süni adadan ibarət olacaq və bu adalar 150 körpü ilə birləşdiriləcək. Qeyd etmək lazımdır ki, inşa işlərinin artıq dörddə bir hissəsi hazırdır, tikilən binalardakı mənzillər isə satışa çıxarılıb. Bu mənzillərdən 213-ü öz sahibini də tapmışdır.
Bundan əlavə, bu adalardan birində dünyanın ən böyük məscidi inşa ediləcək. Qeyd edək ki, Xəzər dənizində yeni şəhərin inşası 2 il bundan qabaq başlayıb. Layihənin dəyəri 100 milyard dollara bərabərdir, Khazar Islands-ın isə ümumi sahəsi 24 kvadrat metr təşkil edəcək. Bu ərazidə 19 mikrorayon, 50 kilometr uzunluğa sahib bulvar, avtomobil yolları və s. bir çox şeylər olacaq. Burada ilk sakinlərin məskunlaşması 2014-cü ildə mümkün olacaq, layihənin isə 2023-cü ildə başa çatması planlaşdırılır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.