Dünya Bankının (DB) hesabatı göstərir ki, süni intellekt (AI) qarşıdakı beş il ərzində dünyada iş yerlərinin demək olar ki, 25%-ni dəyişdirə biləcək. Vakansiyaları yenilənməsinə həmçinin “rəqəmləşdirmə, təmiz enerjiyə keçid və təchizat zəncirlərinin yenidən bölüşdürülməsi” təsir edəcək.
Tətbiqin ilkin mərhələsində ekspertlər əmək bazarında pozulma gözləyirlər. Bununla belə, qısamüddətli azalmadan sonra süni intellektin tətbiq edilməsinin ümumi təsiri müsbət olacaq. Neyron şəbəkələrin tətbiqi zamanı kibertəhlükəsizlik, böyük verilənlərin emalı və davamlı idarəetmə texnologiyaları sahəsində mütəxəssislərə tələb artacaq.
DB-nin sorğusuna qatılan korporasiyaların təxminən 75%-i yaxın beş il ərzində öz işlərində neyron şəbəkələri tətbiq etmək niyyətində olduqlarını bildiriblər. Təkcə bu ilkin məlumatlara görə, təxminən 26 milyon iş yeri ixtisar olunacaq. DB hesab edir ki, yeni iş yerləri “ekoloji cəhətdən təmiz texnologiyalara keçidə investisiyalar”, eləcə də “qlobal təchizat zəncirlərinin yeni oriyentasiyası” hesabına yaradılacaq.