7 C
Baku
Thursday, December 12, 2024

Süni intellekt dövründə məlumatları necə qorumaq olar

®Bu günlərdə Bakıda süni intellektin (Sİ) müxtəlif sahələrdə tətbiqinə həsr olunmuş ənənəvi “Lenovo Day” konfransı başa çatıb. Tədbirdə məlumatların təhlükəsizliyi mövzusuna xüsusi diqqət yetirilib. “Lenovo”nun EMEA regionunda məlumatların saxlanması sistemlərinin satışı üzrə direktoru Marko Potsoni öz çıxışında Sİ-nin inkişafı dövründə istənilən miqyaslı biznesin məlumatlarla işləyərkən diqqət yetirməli olduğu əsas həlləri qeyd etdi.

Məlumat sızıntılarının miqyası misilsiz sürətlə artır: təkcə 2023-cü ilin birinci rübündə dünya üzrə altı milyondan çox məlumat sızıntı nəticəsində meydana çıxıb. Beynəlxalq qanunvericilik (məsələn, GDPR və CCPA) və yerli tənzimləyici baza bizneslərə məlumatların işlənməsi və qorunması ilə bağlı getdikcə daha sərt tələblər qoyur. Buna görə də, süni intellektin inkişafı və geniş tətbiqi fonunda biznes liderləri həssas məlumatları qorumağa imkan verən və eyni zamanda Sİ əsaslı innovasiyaların üstünlüklərindən istifadə etməyə fürsət yaradan tarazlı yanaşmalar və həllər tapmaq kimi bir problemlə üzləşirlər.

Yer kürəsində hər saniyə hər bir insan təxminən 1,7 meqabayt məlumat yaradır və bu göstərici ildən-ilə artır. Sİ və kənar hesablama kimi texnologiyalar belə böyük həcmli məlumatların emalında və son istifadəçilərə ağıllı, fərdiləşdirilmiş xidmətlərin təqdim edilməsində həlledici rol oynayacaq.

Məlumat məxfiliyi Sİ strategiyası mərkəzində

Mərkəzləşdirilməmiş məlumat emalına malik olan kənar hesablama məxfilik probleminin həll yollarından biridir. Nəzarət kameraları sistemi çəkilən materialları qeyd edə bilər, lakin sonradan emalı və buludda saxlanması üçün yalnız anonimləşdirilmiş məlumatları ötürə bilər. Beləliklə, məxfi məlumatların ötürülməsi və saxlanması ehtiyacını azaltmaqla, kənar hesablama potensial olaraq sızıntı riskini minimuma endirə bilər.

Kibertəhlükəsizliyin artırılması üçün süni intellekt böyük potensiala malikdir, məsələn, anomaliyaların aşkar edilməsi sayəsində. Eyni zamanda, Sİ-nin məxfi məlumatlardan istifadənin qanuniliyi və ya onların sızdırılması ilə bağlı narahatlıq da mövcuddur. Məsələn, generativ Sİ sistemləri çox vaxt məlumatı “silmək” qabiliyyətinə malik olmur, bu da unudulmaq hüququ baxımından müəyyən problemlər yarada bilər. Buna görə də, Sİ-dən istifadə edən şirkət rəhbərləri tətbiq edilən həllərin həm məlumat təhlükəsizliyini təmin edən etibarlı alətləri, həm də onların tanınması üçün ciddi siyasətləri əhatə etdiyinə əmin olmalıdırlar.

Bu iki texnologiyadan başqa, məlumat məxfiliyinin gələcəyi anonimləşdirmə, federativ öyrənmə (bu halda maşın öyrənməsi modelləri məlumatları paylaşmadan öyrədilir), homomorfik şifrləmə (bu halda məlumatlar şifrləmə olmadan emal oluna bilir) ilə sıx bağlıdır. Bu texnologiyalar, təhlükəsizlik və məlumatların qorunması Sİ strategiyalarının mərkəzində olan təşkilatlar üçün getdikcə daha vacib olacaq.

İstifadəçi hər zaman ön plandadır

Biznes müştəri məlumatları ilə işləyirsə, bu məlumatların idarə olunmasında şəffaflıq həm normativ tələblərə uyğunluq, həm də istifadəçi etimadının qazanılması baxımından çox vacibdir. Müştəriləriniz onlara məxsus məlumatların nə vaxt toplandığını, necə və nə üçün istifadə olunacağını aydın şəkildə başa düşməlidirlər. Şirkətlər istehlakçıların şəxsi məlumatlarına dair əsaslandırılmış qərarlar qəbul etmələri üçün ehtiyac duyduqları məlumatın əldə edilməsi hüququna hörmətlə yanaşmalıdırlar. Fiziki şəxslərin təşkilat tərəfindən saxlanılan hər hansı məlumatlara daxil olmaq, onlara düzəliş etmək və silinməsini tələb etmək imkanına malik olmaları üçün, şirkətin məlumat məxfiliyi siyasəti şəffaf olmalıdır. Bütün bunların səmərəli işləməsi üçün təşkilatların məlumatların idarə edilməsi üzrə kompleks siyasətlərini hazırlaması və müntəzəm olaraq yeniləməsi vacibdir.

Məlumat təhlükəsizliyi mədəniyyətinin inkişafı

Məlumat təhlükəsizliyi mədəniyyətinin inkişafı təşkilatlardan hərtərəfli yanaşma tələb edir. Şirkətlər məlumatlarla işləmə üzrə aktual həllər sahəsində əməkdaşlarının ümumi məlumatlılığını və peşəkar bacarıqlarını dəstəkləməyə çalışmalıdırlar. Xarici təchizatçıların məxfi məlumatları qorumaq üçün eyni standartlara və təcrübələrə riayət etmələrinə zəmanət vermək üçün, məlumat təhlükəsizliyinin təmin edilməsi üçüncü tərəflərlə əlaqələrin idarə olunmasını də tələb edə bilər.

Bu səbəbdən, daim dəyişən qanunverici və texnoloji mühitə asanlıqla uyğunlaşması və yüksək məxfilik standartlarını qorunması baxımından biznes üçün ekspertlərlə işləmək və etibarlı İT infrastrukturu təminatçısını seçmək əhəmiyyətlidir.

“Lenovo” şirkəti “Veeam” ilə əməkdaşlıqda Sİ tətbiqlərinin fasiləsiz işləməsini və məlumatların qorunmasını təmin edən infrastruktur həlləri təklif edir. “Veeam”ın qabaqcıl imkanlarını inteqrasiya edərək, “Lenovo” müxtəlif sistemlərdə və mühitlərdə məlumatların ehtiyat nüsxəsinin çıxarılması, bərpası və monitorinqi proseslərini optimallaşdırır. Bu tərəfdaşlıq həm kritik məlumatları etibarlı şəkildə qorumaq üçün “Lenovo”nun İT infrastrukturunun qabiliyyətini gücləndirir, həm də istənilən biznesin İT əməliyyatlarının səmərəliliyini və dayanıqlığını artırmağa kömək edir.

Son xəbərlər
Digər xəbərlər