27 C
Baku
Tuesday, July 22, 2025

Süni intellekt insanların düşüncəsinə necə təsir edir?

The Economist dərgisi yazır.

Süni intellekt (Sİ) zehni yüklənməni azaldır, lakin bu, tənqidi düşüncə və yaradıcılığı zəiflədə bilər.

MIT-in araşdırması göstərib ki, esse yazarkən ChatGPT-dən istifadə edən tələbələr beyin aktivliyində azalma göstərib və yazdıqları mətnləri daha pis xatırlayıblar. Digər araşdırmalar da süni intellektin tez-tez istifadəsinin tənqidi düşünmə bacarıqlarının zəifləməsi ilə əlaqəli olduğunu göstərir.

Süni intellektlə yerinə yetirilən tapşırıqlar adətən daha az səy tələb edir, bu isə beynin “rahatlığa alışmasına” səbəb olur. Nəticədə insanlar daha çox işi ən asan yolla görməyə meyllənir — bu da “kognitiv tənbəllik” effekti yaradır.

Toronto Universitetinin eksperimentində Sİ-dən istifadə edən iştirakçılar daha az yaradıcı ideyalar təqdim edib, Sİ-dən istifadə etməyənlər isə daha innovativ olublar.

Uzunmüddətli dövrdə bu, məhsuldarlıq, yaradıcılıq və rəqabətqabiliyyətinə zərər vura bilər.
Süni intellekti düşünmənin alternativi kimi deyil, yardımçısı kimi istifadə etmək. Yəni suallar vermək, onunla birgə düşünmək və qərarverməni tam şəkildə ona həvalə etməmək.

Son xəbərlər
Digər xəbərlər