7 C
Baku
Sunday, December 15, 2024

Süni intellekt və ödənişlər: Facebook Messenger-i təkmilləşdirir

Banker.az saytının verdiyi məlumata görə, Facebook şirkəti süni intellekt əsasında Messenger üçün özünün rəqəmsal assistenti M-i təkmilləşdirdi. İndi Messenger-də açıq yazışma zamanı tərəflər arasında pul köçürmələri mövzusu qeyd edildiyi zaman M istifadəçilərə pul göndərilməsi və yaxud qəbul edilməsi ilə bağlı kömək təklif edəcək.

Bu funksiya ilk olaraq Messenger-in ABŞ-da olan istifadəçiləri üçün əlçatan olacaq. M Messenger-də açıq söhbətlərə tətbiq edilə, yazışmanın mövzusunu təyin edə və uyğun məzmun, yaxud xidmət təklif edə bilər.

Təkmilləşdirilmiş süni intellektin işə salınmasının ilkin mərhələsində, M istifadəçilərə P2P-köçürmələri funksiyasının köməkliyi ilə ödəniş həyata keçirməyi təklif edəcək (məsələn, söhbət əsnasında tərəflərdən biri “sən mənə 10 dollar borclusan” yazdığı təqdirdə).

Həmçinin, söhbətdə iştirak edən tərəflər yazışmanı səyahətdə və yaxud yolda olarkən həyata keçirirsə, M onlara Uber və yaxud Lyft xidmətlərindən istifadə etməyi təklif edəcək.

Son xəbərlər
Digər xəbərlər