12 C
Baku
Saturday, November 23, 2024

Süni intellektin inkişafının qlobal mis çatışmazlığına səbəb olacağı proqnozlaşdırılır

“BHP Billiton” mədənçilik şirkətinin proqnozuna görə, süni intellekt texnologiyasının gələcək inkişafı kəskin mis çatışmazlığına səbəb olacaq.

Metal xərclərinin artımı məlumatların emalı mərkəzlərinin sürətlə çoxalması və müvafiq olaraq daha çox enerjitutumlu əməliyyatların aparılması ilə şərtləndirilir. Şirkətdən bildirilib ki, 2050-ci ilə qədər resursa olan qlobal tələbat 3,4 milyon ton artacaq, məlumat mərkəzləri tərəfindən mis istehlakının faizi isə 1 faizdən 7 faizə yüksələcək.

“BHP Billiton”un proqnozuna görə, qlobal mis tələbatı 2050-ci ilə qədər 52,5 milyon tona qədər artacaq.

Mis həm elektrik kabelləri, elektrik nəqliyyat vasitələri və günəş panellərinin quraşdırılması üçün olduqca mühüm materialdır. Belə yüksək tələbat resurs çatışmazlığının kəskinləşməsini şərtləndirir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər