7 C
Baku
Saturday, December 7, 2024

Süni intellektin “xaç atası” onun təhlükəsi barədə xəbərdarlıq edib

Süni intellekt (AI) proqramlarının əsasını təşkil edən neyron şəbəkəni yaradan Britaniya-Kanada alimi Ceffri Hinton texnologiyanın potensial riskləri haqqında açıq danışmaq üçün “Google”dan ayrılıb, bu barədə “York Times” məlumat yayıb.

“Bəşəriyyətin insanların bu texnologiyadan pis məqsədlər üçün istifadəsinin qarşısını necə ala biləcəyini təsəvvür etmək çətindir. Beş il əvvəl necə yaşadığımızı və indi necə yaşadığımızı müqayisə edin. Bu, qorxuludur”, – deyə Ceffri Hilton söyləyib.

Onun fikrincə, süni intellekt sistemləri 1990-cı illərin əvvəllərində veb-brauzerin meydana çıxması qədər vacib ola bilər və tibbi tədqiqatlardan tutmuş təhsilə qədər sahələrdə irəliləyişlərə kömək edəcək.

Bir müddət əvvəl amerikalı sahibkar İlon Mask demişdi ki, süni intellektin inkişafı bəşəriyyətin məhvi təhlükəsi yarada bilər. Mask deyib ki, süni intellekt pis inşa edilmiş təyyarələrdən və ya pis qurulmuş avtomobillərdən daha təhlükəli ola bilər, çünki o, “sivilizasiyanı məhv etmək potensialına malikdir”. Mask həmçinin hesab edir ki, texnologiyanın inkişafı süni intellektin onu söndürə bilməyəcək insanlar üçün qərar qəbul etməsinə səbəb ola bilər.

Son xəbərlər
Digər xəbərlər