“Sunk Cost Fallacy” nədir və ya niyə pis filmi sonadək izləməli deyilik?

Bu, hamının başına gəlib: reklam olunan film üçün bilet alırsan, maraqlı və həyəcanverici bir şey görmək ümidi ilə kinoteatra gedirsən, amma yox, onun boşanma və ya otuzuncu dəfə dünyamızı xilas etmək qərarına gələn superqəhrəman haqqında bəhs etdiyini görürsən.

Oturub düşünürsən: “İnşallah bu film 3 saat deyil, bir saat yarım davam edəcək, çünki bu cəfəngiyatı uzun müddət seyr edə bilməyəcəm”, lakin yenə gözləyirsən.  Bir tərəfdən, filmin maraqlı olmadığını başa düşürsən, digər tərəfdən isə pul xərcləmisən və artıq yarısına baxmısan, bəlkə ən maraqlı hissəsə “elə indi” başlayacaq?

Eyni şey kitablarla da olur. Bir gün Lvovda bir kitab mağazasına gəldim və dedim: “Sizdə Dovlatov və ya Nabokov var?”. Dedilər ki, Nabokov heç yoxdur, Dovlatovun isə tək-tək əsərləri qalıb, buna görə riskə getməyə qərar verdim və heç vaxt oxumadığım Çarlz Bukovskinin kitabını aldım. Bu müəllifin kim olduğunu öyrənmək üçün satış məsləhətçisinə yaxınlaşdım və soruşdum: “Çarlz Bukovski haqqında nə deyə bilərsiniz?”. Məsləhətçi Bukovskinin çox “sərt” üslubdan istifadə etdiyini və bir çox oxucunun ondan qorxutduğunu söylədi. O, bu kitabı qaytarıb rəfə qoymağı məsləhət gördü və mənə öz zövqünə uyğun kitablar təklif etməyə başladı. Ona ən çox sevdiyim janrlar haqqında məlumat verdim və “yüngül” bir şey axtardığımı söylədim. Satış məsləhətçisi mənə Benedikt Valsın “Tənhalıq ərəfəsində” əsərini gətirdi. Diqqət, kitabın qısa təsviri budur: “dəhşətli qəzadan sonra Jul və digərləri valideynlərini itirirlər, bir internatda yaşasalar da özlərini yad hiss edirlər..” Düşünürəm ki, davam etməyə ehtiyac yoxdur. Dərhal başa düşülür – pozitivlik aşıb-daşır!

Əlbəttə ki, bu kitabın pozitiv olduğuna şübhə etdim, amma satıcı xanım peşman olmayacağımı və sonra minnətdarlıqla onların dükanına qayıdacağımı israr etdi.

Kitabı oxumağa başlayanda başa düşdüm ki, ürək sıxıntısından dözə bilməyəcəm. Digər tərəfdən, ona pul verdiyimi düşündüm və aldımsa, oxumağa davam edəcəyimə qərar verdim.

Bir anda hər şey aydın oldu. Bu qədər uzun müddət ərzində haqqında oxuduğum (Thinking fast and slow D. Kahneman, Behavioral Economics R. Thaler, Predictably Irrational D. Ariely kitablarında) qarmağa necə keçə bilərdim ?

Budur ki, əzab çəkməyimin tək səbəbi The Sunk Cost Fallacy (geri dönməyəcək itkinin emosional tələsi) idi. İnsanların çoxu qərarlarının doğru və rasional olduğunu düşünsə də, elə deyil. Çox şey duyğularımıza görə baş verir və bir şeyə nə qədər çox pul və zaman “investisiya” etmişiksə, ondan imtina etmək bir o qədər çətin olacaq. “Lənətə gəlsin, bu kokteylə 20 manat pul vermişəm” fikrindən tutmuş, uğursuz layihələrə qədər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.