Supermarketin sahibi olan şirkət cərimələnir

“Neptun Supermarket” şəbəkəsinin hüquqi sahibi sayıldığı şirkət cərimələnir. Dövlət Gömrük Komitəsi “Sahil Trading” MMC barəsində cərimə protokolu tərtib edərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərib.

Banker.az xəbər verir ki, şirkət barəsində 6 iyul 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edilib.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.