2 C
Baku
Saturday, December 14, 2024

“Supreme Hotel”də karantin qaydalarını pozan restoran cərimə edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

Banker.az Agentliyə istinadən xəbər verir ki,  uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələrindən biri də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bəşir Bünyadov (Bakıxanov Qəs.) ev 4g M ünvanında yerləşən, fiziki şəxs Səlimova Səidə Rövşən qızına məxsus “Supreme Hotel” mehmanxanasının tərkibində fəaliyyət göstərən restorandır.

Bundan başqa Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 556/57 m.B ünvanında yerləşən, fiziki şəxs Mehtiyev Yaşar Fehruz oğluna məxsus “Qoç Ət Fast Food” restoranında da uyğunsuzluq müəyyən olunub.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görülür.

Son xəbərlər
Digər xəbərlər