27 C
Baku
Thursday, July 25, 2024

Suqovuşanda 5 mərtəbəli yeni yaşayış binaları tikiləcək

Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti Suqovuşan qəsəbəsində 5 ədəd 5 mərtəbəli 2 girişli yaşayış binalarının tikintisi işləri üçün podratçı seçir.

Seçim açıq tender üsulu ilə keçirilir.

Tenderdə iştirak haqqı – 1,6 min manatdır.

Tenderin şərtlərinə əsasən, qalib şirkət ərazidə 5 ədəd 5 mərtəbəli yaşayış binası, uşaq meydançası, idman üçün meydança, futbol mey­dançası, 2 ədəd velosiped dayanacağı,bir nəzarət məntəqəsi inşa etməlidir.

Şirkətlərdən tender təklifləri 22 iyun 2023-cü il saat 16:00-dək qəbul olunur.

Təkliflərin açılması 23 iyun saat 16:00-da baş tutacaq.

Əlaqələndirici şəxs: Tural Rzayev; Telefon: (+9955) 489-98-20.

Son xəbərlər
Digər xəbərlər