26 C
Baku
Saturday, July 27, 2024

Suqovuşanda turizm infrastrukturunun yaradılması üçün “Agah Group”a ₼3 milyon ayrılacaq

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Agah Group” MMC ilə 3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Suqovuşanda turizm infrastrukturunun yaradılması işlərinin (ikinci mərhələ) satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3.026.918 manatdır.

Qeyd edək ki, şirkət 2009 cu ildə Prof.DAC MMC adı ilə fəaliyyətə başlamışdır, sonra 2017 ci ildə AGAH GROUP MMC adı altında fəaliyyət göstərməyə başlayıb. “Agah Group” MMC-nin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Cavid Nəzərovdur.

Son xəbərlər
Digər xəbərlər