18 C
Baku
Monday, April 29, 2024

Sürətli qaçış beynin fəaliyyətini gücləndirir

Səhər-səhər qaçış sənə nəinki artıq çəkidən qurtulmağa, həm də İQ səviyyəsini artırmağa kömək edəcək. Bu nəticəyə Kembric universitetinin mütəxəssisləri Qocalma məsələləri üzrə ABŞ Milli institutu ilə birgə apardıqları araşdırma sayəsində gəlmişdir.

Sən demə qaçış kaloriləri yandırmaq, əzələləri toplamaq, vücudu sellülitin xoşagəlməz nahamarlıq və təpələrindən qurtarmaqla nəinki bizim bədənimizə müsbət təsir göstərir, həm də beynin aktivləşməsini provokasiya edir, stressin öhdəsindən gəlməyə və yaddaşı gücləndirməyə kömək edir.

Layihənin kuratoru –nevroloq Timoti Basseynin sözlərinə əsasən, daimi qaçışlar yeni beyin (boz maddə) hüceyrələrinin bölünməsinə stimul verir, bu hadisə məhz beynin yaddaş və təfəkkür qabiliyyətinə görə cavabdehlik daşıyan hissəsində baş verir. Alimlər belə düşünür ki, yeni hüceyrələrin yaranması prosesi qan dövranın sürətlənməsi və idman yürüşləri zamanı hormonların səviyyəsinin artması ilə izah edirlər.

Buna görə də özünü daha ağıllı, daha enerjili və qəddi-qamətli hiss etmək istəyənlər hər gün ərzində, ya səhər, ya da axşam çağı 25 dəqiqə qaçmaq tövsiyə olunur.

Deyilənlər praktikada da öz sübutunu tapıb. Qaçışın beyin fəaliyyətini gücləndirməsi ilə bağlı nəticəyə gəlmək yolunda ilk başlanğıc iki qrup siçan üzərində aparılan təcrübə olmuşdur. Birinci qrup siçanlar istənilən vaxt “dələ çarxından” istifadə edib, rahat qaça bilərdi, ikinci qrupu isə tamamı ilə qaçmaq imkanından məhrum etmişdilər.

Təcrübənin başa çatmasından bir neçə müddət sonra heyvanların baş beynindən götürülmüş toxuma nümunələrini müqayisə etmişlər. Araşdırma göstərib ki, “qaçan” və gün ərzində təqribən 24 km qət edən siçanların beynində orta hesabla 6 min yeni hüceyrə formalaşıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər