17 C
Baku
Monday, April 15, 2024

“Suraxanı Maşınqayırma Zavodu” özəlləşdiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 100 % dövlətə məxsus “Suraxanı Maşınqayırma Zavodu” ASC-ni özəlləşdirməyə hazırlayır.

Bunu Dövlət Xidmətinin yanında Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Toğrul İsalı bildirib.

“Müəssisə Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı fərmanla özəlləşdirməyə açıq elan olunub, 2021-ci ildə bizə idarəetməyə verilib. Hazırda onun investorlar üçün cəlbediciliyi artırılır. Bu məqsədlə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsinə qərar verilib. Bu tədbirlər çərçivəsində də ötən il 26 ədəd ən son texnoloji avadanlıq alınıb, quraşdırılıb. Bundan əlavə, bu avadanlıqlar hesabına müəssisənin rəqabət qabiliyyətliliyinin artırılması və maliyyə dayanıqlığının gücləndirilməsi nəzərdə tutulur ki, gələcəkdə onun özəlləşdirilməsi daha rahat və optimal şəraitdə keçsin”, – deyə o qeyd edib.

“Ümumiyyətlə, müəssisənin istehsal gücünün artırılması, fəaliyyətinin genişləndirilməsi planlaşdırılır. Aldığımız avadanlıq hesabına həm daxili tələbatın ödənilməsi, həmçinin xarici bazara məhsulların təqdim edilməsi, ənənəvi məhsullardan əlavə, yeni məhsulların istehsal olunması, idxal olunan malların yerli məhsullarla əvəz edilməsi planlarımızdadır. Müəssisə hazırda mənfəətlə işləyir və son iki ildə dövlətə dividend ödəyib”, – deyə sədr əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər