15 C
Baku
Saturday, April 27, 2024

Sürgün edilmiş milyarderlər: öz şirkətlərindən qovulan iş adamlarının 9 hekayəsi

WeWork kovorkinq şəbəkəsinin yaradıcısı olan Adam Neumann, baş direktoru vəzifəsini tərk edərək, öz şirkətlərindən qovulan iş adamlarının “qapalı klub” na qoşuldu. Bu klubda başqa kimlər var – Forbes jurnalının qalereyasında. 

“Mübarizədə kim qalib gələcək: daha ağıllı, yoxsa daha dəli olan?”

Belə bir sual bir neçə il əvvəl, Yaponiyanın Softbank korporasiyasının baş direktoru Msayoshi Son, milyarder və WeWork-un həmtəsisçisi Adam Neumann-dan soruşdu. Bundan bir müddət əvvəl Neumann və Son müqavilə bağlamışdırlar, nəticədə kovorkinq şəbəkəsinin dəyəri 20 milyard dollara çatdı. Bu sual Neuman-ı düşündürdü. “Dəli”, – deyə o cavab verdi. Son buna nə dedi? “Düz deyirsən. Lakin sən kifayət edəcək qədər dəli deyilsən”. 

Bu sözlər istehza ilə səslənir, çünki Neumann-ın daha böyük enerji ilə mübarizə apara biləcəyini təsəvvür etmək çətindir. IPO keçirmək planı uğursuzluğa düçar olduqdan sonra impulsiv baş direktor vəzifəsindən istefa etdi. Bu zərbə, təsisçi milyarderlərin bir çoxunun öz təcrübələrindən öyrəndikləri dərsləri gücləndirir: nə qədər yüksəlsəniz, düşmək çətindir.

Micky Arison

32434Mülkü: 8,3 milyard dollar

Gəlir mənbəyi: Carnuval Cruises

Şirkəti tərk etməsinin səbəbi: Carnival Triumph gəmisinin göyərtəsində “Biz qaydasında deyilik”, “Qəzalar baş verə bilər” və digər bu kimi ifadələr yazılmışdı. Bu qəza 2013-cü ildə Arizona ştatının Mobayl limanında baş verib. 

Arison gəmi ilə səyahət etməyi sevən rəhbərlərdən biri olub. 2012 və 2013-cü il qəzasından sonra Micky Arison şirkətini tərk edir. 

Son sözləri: “Biz şirkətin mahiyyətinə qayıtmalıyıq. Bu istirahətdir. Bu şənlikdir!”

Jack Dorsey

3242Mülkü: 3,9 milyard dollar

Gəlir mənbəyi: Twitter, Square

Şirkəti tərk etməsi: Williams ilə birlikdə sayt yaratmışdır, 2008-ci ildə populyarlığın pik nöqtəsində uduzdu və Baş direktor vəzifəsinə bir daha 7 ildən sonra qayıtdı.  

Son sözləri: “İdeyanı yaymağın ən effektiv üsulu korporativ strukturdur. 200 il bundan əvvəl bu, yəqin ki, başqa bir şey idi, 100 ildən sonra isə tamamilə yeni bir şey olacaqdır. Lakin bütün bunlar ideya uğrundadır”. 

Steve Jobs

32
Steve Jobs

Mülkü: 7 milyard dollar

Gəlir mənbəyi: Apple, Pixar

Şirkəti tərk etməsi: Apple-ın 1985-ci ildə Jobs-u işdən çıxarmaq qərarı bəlkə də tarixdəki ən məşhur işdən azad edilmədir. “Həmin günlərdə o çox da yaxşı menecer deyildi”, – deyə Pepsi şirkətinin baş direktoru John Sculley 2013-cü ildə xatırlayır. Jobs geri çəkildi, yarasını sağaltdı və daha iki şirkət qurdu (NeXT computers və Pixar), 1996-cı ildə isə dəyəri 980 milyard dollar olan nəhəngin əsasını qoymaq üçün geri döndü. “Steve Jobs azadlıqda olduğu illər ərzində çox şey öyrəndi”, – Sculley əlavə edir. 

Son sözləri: “30 yaşımda ikən şirkətimdən qovuldum. Və kifayət qədər açıq şəkildə. Həyatımın mənası itdi və bu, dəhşət idi. 

Travis Kalanick

travisMülkü: 3,5 milyard dollar

Gəlir mənbəyi: Uber

Şirkəti tərk etməsi: əvvəllər Uber avtomobilləri insanlara gülməli gəlirdilər – sanki banan qabığı üzərində sürüşən oyuncaq kimi. Hələ 2016-cı ildə bu ideya Silikon Vadisinin pisi hesab olunurdu: əlbəttə ki, axı o dünyanmı dəyişdirir! Həmin ildə Travis Kalanick ilə bağlı bir neçə qalmaqal baş vermişdir, Uber-in korporativ mədəniyyəti tənqid olunmağa başladı və şirkətə boykot elan edildi. 

Mövcud vəziyyətdən çıxış yolunu tapmağa çalışan Uber, təxminən 20 nəfər işçini işdən çıxardı, lakin həmin ilin iyununda investorlar baş direktorun istefa verməsini tələb etməyə başladılar. Sonda Travis Kalanick şirkətini tərk edir. 

Son sözləri: “Mən Uber-i hər şeydən çox sevirəm və şəxsi həyatımın çətin dövründə investorların geri çəkilmək istəyini qəbul etdim”. 

Sean Parker

Mülkü: 2,7 milyard dollar

Gəlir mənbəyi: Napster, Facebook

Şirkəti tərk etməsi: Əslində, Sena Parker öz şirkətini bir dəfə deyil, bir neçə dəfə tərk etməli olub. 2001-ci ildə Napster, 2004-cü ildə Plaxo Facebook. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, Şimali Karolinada onun adına icarəyə götürülmüş evdə kokain aşkar edilmişdir. 

Son sözləri: “Uzunmüddətli məzuniyyətə getməyiniz istənirsə, bu, çox güman ki, işdən çıxarılma prosesinin başlanğıcıdır”. 

 

Mark Pincus

tony aMülkü: 1,3 milyard dollar

Gəlir mənbəyi: video oyunlar 

Şirkəti tərk etməsi: Zynga şirkətinin təsisçisi olan Mark Pincus başa düşdü: ferma həmişə gəlirli ola bilməz. IPO-dan iki il sonra 2011-ci ildə Pincus əşyalarını götürüb şirkətini tərk etdi. Qeyd edək ki, o bu vəzifəyə 2015-ci ildə qayıtsa da, bir il sonra yenidən istefa verdi. 

Son sözləri: “İnternetdə xəzinələr çox azdır”. 

Richard Schulz 

Mülkü: 3,8 milyard dollar

Gəlir mənbəyi: Best Buy

Şirkəti tərk etməsi: Schulz uduzdu, çünki Best Buy şirkətinin baş direktoru Brian Dann onun öz adamı idi. Bir müddətdən sonra onun 29 yaşlı iş yoldaşı ilə cinsi əlaqədə olduğu üzə çıxdı və Schulz dostu ilə birlikdə şirkəti tərk etməli oldu. Buna baxmayaraq, milyarder hələdə  Best Buy-ın ən böyük investorlarından biridir. 

Son sözləri: “Biznesimə başlayanda öz biliyimə və təcrübəmə güvənirdim. Lakin bir azdan başa düşdüm ki, fürsət ələ düşdükdə işçilər mənim dərk edə biləcəyim şeylərin sərhədlərini aşan yeni hədəflər qoymağa başlayırlar”. 

Chip Wilson

Mülkü: 4,2 milyard dollar

Gəlir mənbəyi: Lululemon

Şirkəti tərk etməsi: Milyarder qurduğu şirkətdən 2013-cü ilin noyabr ayında qovulmuşdu. Bunun əsas səbəbi Chip-in yoqa üçün nəzərdə tutulan şəffaf paltara kobudcasına şərh bildirməsi olub. Chip Wilson “bəzi qadınların bədənlərinin bu paltar üçün uyğun olmadığını” söyləmişdir. 

Son sözləri: “Mən qalib olmağa, qurduğum şirkətin direktorları isə uduzmamağa çalışırdı”

Steve Wynn

ethanMülkü: 3,1 milyard dollar

Gəlir mənbəyi: kazino

Şirkəti tərk etməsi: Steve Wynn dəfələrlə cinsi təcavüzdə günahlandırılsa da, milyarder bütün ittihamları rədd edib. Buna baxmayaraq, bu barədə məqalə dərc edildi və Steve vəzifəsini tərk etmək məcburiyyətində oldu. Təxminən bir ay sonra o ona məxsus olan “xalları” pula çevirdi. 

Son sözləri: “Özümü bədnamlıq uçqunu altında tapdım. Bunun hansı vəziyyət yaratdığını – tələsik nəticələrin hər şeydən, o cümlədən faktlardan daha vacib olduğu barədə düşünəndə bundan sonra vəzifələrimi effektiv şəkildə yerinə yetirə bilməyəcəyimi başa düşdüm”. 




Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər