9 C
Baku
Sunday, November 17, 2024

Suriya ilə Səudiyyə Ərəbistanı arasında uçuşlar 12 ildən sonra bərpa edilib

2011-ci ildə Suriyada başlayan üsyanlardan sonra 2012-ci ildə qarşılıqlı uçuşları dayandıran Suriya ilə Səudiyyə Ərəbistanı arasında 12 ildən sonra ilk uçuş həyata keçirilib.

Suriyanın SANA xəbər agentliyinin xəbərinə görə, Suriya Hava Yollarına məxsus təyyarə bu gün səhər saatlarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid hava limanına eniş edib.

Xəbərdə bu uçuşun Dəməşq və Ər-Riyad arasında müntəzəm reyslərə çevrilməsinin siqnalı olduğu bildirilib. Məlumatda həmçinin Riyad Hava Limanı şirkətinin Kral Xalid hava limanında Suriya Ərəb Respublikasının Krallıqdakı səfiri Doktor Əymən Susan və bir çox Səudiyyə rəsmisinin iştirakı ilə bir tədbir təşkil etdikləri bildirilir.

Qeyd edək ki, 2011-ci ildə Suriyada qiyamlar başlayandan sonra Səudiyyə Ərəbistanı ilə Suriya hökumətləri arasında diplomatik əlaqələr kəsilib və 2012-ci ilin martında iki ölkə qarşılıqlı uçuşları dayandırıb.

Rəsmi Dəməşq 2023-cü ilin may ayının 7-də Ərəb Liqasına qayıtmaq qərarına gəldikdən sonra Səudiyyə Ərəbistanı və Suriya diplomatik əlaqələrinin 9 may 2023-cü ildə bərpa olunduğunu açıqlayıb.

Bəşər Əsəd administrasiyası 6 dekabr 2023-cü ildə Səudiyyə Ərəbistanına səfir təyin etdiyi halda, Ər-Riyad mayın 26-da Feysəl bin Səud əl-Micfili Dəməşqə səfir təyin edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər