16 C
Baku
Saturday, April 27, 2024

Suriya İnsan Haqları Monitorinq mərkəzi: Erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşmək üçün Ermənistana aparılıb

Erməni əsilli suriyalı döyüşçülər Suriyadan Ermənistana aparılıb.

Bu barədə Suriya İnsan Haqları Monitorinq mərkəzi (Syrian Observatory Human Rights – SOHR) bildirib.

“Etibarlı mənbələr SOHR-ə bildiriblər ki, erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistan tərəfindən Ermənistana aparılıb”, – deyə təşkilatın məlumatında qeyd edilir.

Mərkəz bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib.

“Çox etibarlı SOHR mənbələri Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-də yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir”, – deyə Suriya İnsan Haqları Monitorinq mərkəzi təşkilatı vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər