6 C
Baku
Sunday, December 15, 2024

Suriya və Səudiyyə Ərəbistanı iqtisadi əməkdaşlığı bərpa edir

Suriya nümayəndə heyəti Ər-Riyaddakı danışıqlar zamanı rəsmi Dəməşqin digər ərəb dövlətləri ilə əlaqələri inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.

Bu barədə “Syrian Arab News Agency” (SANA) agentliyi bildirib.

Qeyd olunub ki, Ər-Riyadda keçirilmiş 10-cu Ərəb-Çin Biznes Konfransı çərçivəsində Səudiyyə Ərəbistanı ilə Suriya iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığı bərpa etmək barədə razılığa gəliblər.

Suriya nümayəndə heyəti həmçinin, Ər-Riyadın Suriya dövlətinə və xalqına münasibətdə mövqeyini yüksək qiymətləndirib, suriyalı sahibkarların Səudiyyə Ərəbistanı bazarına daxil olmaq və krallığın iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymaq istəyini vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər