Suriya hökuməti ölkədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında yardım göstərməsi üçün Avropa İttifaqına (Aİ) müraciət edib.
Bunu Aİ-nin Böhran İdarəetməsi komissarı Yanez Lenarçik (Janez Lenarčič) Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
Lenarçiç qeyd edib ki, Türkiyənin ardınca Suriya hökuməti də şiddətli zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Aİ-dən yardım istəyib:“Biz Suriya hökumətindən sorğu almışıq”.
Onun sözlərinə görə, Aİ Avropa dövlətlərini ehtiyac olan yardımı göstərməyə çağırıb.