Suriyanın müvəqqəti hökuməti fevral ayından başlayaraq dövlət sektorunda çalışan işçilərin maaşlarının 400% artırıldığını açıqlayıb, bu barədə maliyyə naziri Məhəmməd Abazid məlumat verib. O, bunu vətəndaş qarşıdurmasından sonra iqtisadiyyatın sabitləşməsinin zəruriliyi və xarici sanksiyaların təsiri ilə əlaqələndirib. Qeyd edək ki, azırda Suriyada 1.3 milyona yaxın məmur var.
Cənab Abazid aydınlaşdırıb ki, yanvar ayında təhsili, təcrübəsi və səriştəsi tələb olunan səviyyədə olan dövlət qulluqçularının maaşı artırılacaq. Onun sözlərinə görə, qərar büdcəyə 125 milyon dollara başa gələcək. Maliyyələşdirmə xarici yardım, investisiyalar və digər dövlətlərin aktivlərinin dondurulması yolu ilə həyata keçiriləcək.
Suriya hökuməti noyabr hücumundan qısa müddət sonra Heyət Təhrir əl-Şamın rəhbərlik etdiyi islamçı qruplar tərəfindən dəyişdirilib. Bəşər Əsəd ölkəni tərk edib. Dekabrın 10-da daha əvvəl İdlib vilayətində “xilas hökuməti”nə rəhbərlik edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək fəaliyyət göstərəcək keçid hökumətinin başçısı təyin olunduğunu açıqlayıb.