9 C
Baku
Sunday, April 14, 2024

Suriyada İranın daha bir hərbi müşaviri zərərsizləşdirilib

Bir neçə gün öncə İsrail qüvvələrinin Suriyanın paytaxtı Dəməşq ətrafındakı hədəflərə zərbəsi nəticəsində yaralanan İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) hərbi müşaviri Miqdad Mehqani ölüb.

Bu barədə “Sabrin News” və “Sepah”a bağlı teleqram kanalları məlumat yayıb.

Xatırladaq ki, bu, son günlər İranın Suriyada itirdiyi ikinci zabitdir. Daha öncə İsrail qüvvələrinin əməliyyatı sonucunda “Sepah”ın hərbi müşaviri Milad Heydəri zərərsizləşdirilmişdi.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu 1979-cu ildə ayətullah Xomeyninin tərəfdarlarından ibarət hərbiləşdirilmiş dəstələrindən yaradılmış elit hərbi-siyasi birləşmədir. “Sepah” İran-İraq müharibəsində, həmçinin “Hizbullah” təşkilatının yaradılmasında fəal iştirak edib. Rəsmi olaraq İran silahlı qüvvələrinin bir hissəsidir.

ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn “Sepah”ı terror təşkilatı kimi tanıyır.

Son xəbərlər
Digər xəbərlər