Suriyanın yeni hökuməti xarici işlər naziri təyin edib.
Bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Baş Komandanlıq Əsəd Həsən əl-Şibanini xarici işlər naziri vəzifəsinə təyin edib.
Qeyd edilir ki, Dəməşq Universitetinin məzunu olan 37 yaşlı Şibani əvvəllər Suriyanın şimal-qərbindəki İdlib əyalətində müxalifət hökumətinin siyasi şöbəsinə rəhbərlik edib.
O, Suriyanın BMT-dəki daimi nümayəndəsi və yüksək səviyyəli ABŞ diplomatlarını qəbul etmək də daxil olmaqla, xarici nümayəndə heyətləri ilə fəal şəkildə əlaqə saxlayıb.