19 C
Baku
Saturday, October 12, 2024

Suriyada zəlzələ nəticəsində 400 mindən çox insan zərər çəkib

Suriyada fevral ayında baş verən zəlzələlərdə 91 794 ailə və ya 414 304 nəfər zərər çəkib. Müvafiq məlumatı Suriya hökuməti yanında Fövqəladə Hallar Komitəsi yayıb. Səlahiyyətlilərin məlumatına görə, 4444 bina tamamilə və ya qismən dağılıb və onları bərpa etmək mümkün deyil. Dağıntılar altından 1553 nəfər xilas edilib, 6 nəfər hələ də itkin düşmüş hesab olunur.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Fevralın 6-na keçən gecə Türkiyədə 7.7 bal gücündə zəlzələ Suriyada da hiss olunub. Türkiyədə ölənlərin sayı 45 mini keçib.Suriya Səhiyyə Nazirliyi ölkədə 1414 nəfərin öldüyünü bildirib. Fevralın 20-də iki ölkənin sərhədində yenidən zəlzələlər baş verib.

Son xəbərlər
Digər xəbərlər