19 C
Baku
Sunday, April 28, 2024

Qazaxıstan Suriyaya humanitar yardım göndərəcək – Yenilənib

11:10 – Qazaxıstan Prezidendi Kasım-Jomart Tokayev Suriyaya humanitar yardım göndərilməsi barədə göstəriş verib.

Bu barədə Qazaxıstan Prezident Aparatının (Akorda) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan lideri ölkənin FHN rəhbəri Yuriy İlyinin Türkiyədə görülən işlərlə bağlı məruzəsini dinlədiyi zaman müvafiq əmri verib.

Qazaxıstan Suriyaya İslam Əməkdaşlıq Təşkilatı vasitəsilə humanitar yardım göndərəcək.


10:56 – Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480-ə çatıb.

Azı 3 min nəfər isə yaralanıb.

Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7.7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.


10:03 – Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3042-ə çatıb.

Bu barədə xarici KİV məlumat yayıb.

Müxalifətin nəzarətində olan ərazilərdə ölənlərin sayı daha çoxdur. Bəşər Əsədə sadiq qüvvələrin nəzarətində olan ərazilərdə 1 200-dən çox insanın həlak olduğu bildirilib.

Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər