9 C
Baku
Friday, December 13, 2024

Suriyada zəlzələdə ölənlərin sayı 5800-ü ötüb

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 5800-ü ötüb.

Məlumatı BMT-nin müşahidə missiyası yayıb.

Yaralananların sayı 6 000-dən çoxdur.

Rəsmi Dəməşq isə təbii fəlakət nəticəsndə 2 200 nəfərin öldüyünü açıqlayıb. Missiyanın göstəricisinə bu sayda daxil edilib.

Suriyada İnsanr Hüququları təşkilatının məlumatına görə, zəlzələ nəticəsində ölən və itkin düşənlərin sayı 7 mindən çoxdur.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Zəlzələlər həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 36 187 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 108 068 nəfər yaralanıb. Bildirilib ki, 216 347 zərərçəkən zəlzələ bölgələrindən başqa ərazilərə təxliyə edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər