14 C
Baku
Sunday, November 24, 2024

Suriyadan gətirilən baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb, məhv edildi

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən fiziki şəxs İsrafilov Asif Loğman oğlunun Suriyadan ölkəmizə idxal etdiyi “Alpharabi for Veterinary Medicine & Agricultural İndustries” firmasının istehsalı olan 8846 ədəd müxtəlif adda baytarlıq preparatlarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə baytarlıq preparatlarının PH göstəricisi, təsiredici maddəsi və qeydiyatına dair normativ texniki sənədlərində uyğunsuzluqlar aşkarlanıb.

Agentlik tərəfindən uyğunsuzluq aşkarlanan baytarlıq preparatlarının məhv edilməsi barədə müvafiq qərar qəbul olunub.

Son xəbərlər
Digər xəbərlər