PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış vilayətinə 4 raket atıb.
Hadisə nəticəsində yaralananların olduğu bildirilir.
Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.
***
“Terrorçuların Qaziantepə hücumu nəticəsində 1 uşaq və 1 müəllim hadisə yerində həlak olub”.
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaralılardan biri xəstəxanada dünyasını dəyişib: “Yaralılarımızın müalicəsi isə davam edir”.
Nazir söyləyib ki, raket mərmiləri məktəb ərazisinə də düşüb.
S.Soylu qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri xain hücuma sərt cavab verəcək.
***
Suriyanın şimalından Türkiyə ərazisi yenidən atəşə tutulub.
Ölkənin Kilis şəhərinə 3 raket düşüb.
Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.