Suriyanın yeni xarici İşlər naziri Faysal Mekdad İrana səfər edib.
Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Twitter”də bildirib.
“Suriyanın xarici işlər naziri kimi ilk rəsmi səfərini İrana edən mənim köhnə dostum Faysal Mekdadı qonaq etməkdən məmnunam. Siyasi, iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi və terrorizmlə mübarizə müzakirə mövzusudur”, – deyə Cavad Zərif vurğulayıb.
İran XİN başçısı ölkəsinin Astana sülh prosesinə tam dəstək verdiyini qeyd edib.