1-ci eksperiment:
Stol arxasında 10 uşaq əyləşib. Uşaqların əksəriyyəti eksperiment barədə əvvəlcədən məlumatlandırılıb. Stolun üzərində iki piramida var, biri ağ, digəri qara rəngdə. Eksperiment rəhbəri uşaqlardan soruşmağa başlayır:
– Rəhbər uşaqlardan birindən piramidaların hansı rəngdə olduğunu soruşduqda uşaq cavab verir?
– Hər ikisi ağ rəngdədir.
Rəhbər digər uşaqdan soruşur:
– Hər ikisi ağdır.
Bu növbə eksperimentdən heç bir xəbəri olmayan uşağa çatana qədər davam edir. Rəhbər piramidaların nə rəngdə olduğunu ondan soruşduqda həmin uşaq bir qədər düşünür və deyir: “hər ikisi ağdır”. Bunu görən rəhbər uşaqdan qara piramidanı əlinə götürməsini tələb edir. Uşaq isə suala niyə “hər ikisi” ağdır cavabını verdiyini izah edə bilmir.
2-ci eksperiment:
Bir qrup şəxs eyni anda liftə daxil olur. Bu şəxslərdən yalnız birinin eksperiment barədə heç bir xəbəri olmur. Bu zaman liftdə olan hər bir kəs eyni anda papağını çıxarır. Heç nədən xəbəri olmayan şəxs də bir neçə saniyə çaşqınlıqdan sonra papağını çıxarır. Daha sonra eksperiment iştirakçıları sinxron olaraq sol tərəfə dönürlər. Həmin şəxs də onların etdiyini təkrarlayır. Beləliklə, bu bir neçə dəfə təkrar olunur.
Bəs nəyə görə bu belədir?
Cəmiyyət nə vaxtsa kimsə tərəfindən yazılmış sosial qanunları mahiyyətini dərk etmədən belə icra etməyə adaptasiya olub. Ola bilsin bunun bir səbəbi də lap uşaq vaxtlarımızdan “böyüklər nə deyir onu da elə!” tələbi ilə böyüməyimizdir.