10 C
Baku
Tuesday, November 26, 2024

Sürücü – CIDC

Caspian Investment & Development Corporation

Qaradağda yerləşən zavoda “Sürücü” vəzifəsinə işçi axtarışı elan edilir.

Tələblər:

  • Sürücülük təcrübəsi- 3 ildən artıq 
  • Sürücülük vəsiqəsi B,C,D,E kateqoriyalı (D kateqoriyası mütləqdir)
  • Nizam intizamlı, məsuliyyətli, işində dəqiq olmağı vacib şərtdir
  • Şirkət sürücüsü kimi təcrübəyə önəm verilir.

Vəzifə öhdəlikləri (funksiyaları):

– Xidməti minik maşınlarının və ya avtobuslarının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması;

– Zavod işçilərinin vaxtlı-vaxtında təyin edilmiş ünvana çatdırılmasını təmin edilməsi;

– Şirkət tərəfindən ona istifadəyə verilmiş avtonəqliyyat vasitəsini səliqəli və saz vəziyyətdə saxlamalı;
– Şirkətin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız idarə etmək və onun düzgün texniki istismarını həyata keçirtmək;

– Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;

– İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək
– İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək.
– Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.

 

Ünvan: Bakı şəhəri (Xətai M/st)-Qaradağ rayonu –Bakı şəhəri (Xətai M/st)

İş saatları : həftə içi 5 gün saat 8:00-17:00 (1saat nahar fasiləsi)

Əmək haqqı : 520  AZN Net

Əmək münasibətləri Əmək Məcəlləsinə uyğun aparılır.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 Aprel 2018-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərə bilərsiniz. 

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Son xəbərlər
Digər xəbərlər