19 C
Baku
Saturday, May 25, 2024

Sürücülərin nəzərinə – Sabahdan bu yolda təmir işlərinə başlanılır

Sabah saat 09:00-dan etibarən Bakı şəhəri, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki yol qovşağında təmir işlərinə başlanılacaq.

Banker.az xəbər verir ki, bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Məlumat verilib.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, deyə, məlumatda deyilir.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər