14 C
Baku
Monday, May 6, 2024

Sürücülər bu il benzin və dizel alışına 2 milyard manatdan çox pul xərcləyib

2023-cü ilin yanvar-sentyabr ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 2 218.5 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 6.7% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayında alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 5.4 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər