Sürücülər tərəfindən “A-Group” Sığorta Şirkəti ASC-dən də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə şikayətlərinin artdığı müşahidə edilir.
Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankı mart ayı üçün olan “şikayət indeksi” açıqlayıb.
Həmin indeksdə “”A-Group” Sığorta Şirkətinin indeksi 1.09 bənddən 1.14 bəndə yüksəlib.
Şikayət indeksinin metodologiyası:
Müvafiq şikayәt indeksinin hesablanması üçün aşağıdakı düsturdan istifadә olunur:
Şikayət indeksi = BP/BM
Burada,
Şikayətlər üzrə bazar payı (BP) – müvafiq sığortaçı üzrә şikayәtlәrin ümumi şikayәtlәrә nisbәti,
Bağlanan müqavilələr üzrə bazar payı (BM) – müvafiq sığortaçı üzrә bağlanan müqavilәlәrin sayının ümumi müqavilәlәrin sayına nisbәti.
Şikayət indeksinin izahı: İndeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.