17 C
Baku
Sunday, May 5, 2024

Sürücülərin “Azərbaycan Sənaye Sığorta”nın xidmətindən şikayətlərinin artdığı müşahidə edilir

Sürücülər tərəfindən “Azərbaycan Sənaye Sığorta” ASC-dən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə şikayətlərinin artdığı müşahidə edilir.

Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı mart ayı üçün olan “şikayət indeksi” açıqlayıb.

Həmin indeksdə “Azərbaycan Sənaye Sığorta” ASC-nin indeksi 1.43 bənddən 1.45 bəndə yüksəlib.

Şikayət indeksinin metodologiyası:

Müvafiq şikayәt indeksinin hesablanması üçün aşağıdakı düsturdan istifadә olunur:

Şikayət indeksi = BP/BM

Burada,

Şikayətlər üzrə bazar payı (BP) – müvafiq sığortaçı üzrә şikayәtlәrin ümumi şikayәtlәrә nisbәti,

Bağlanan müqavilələr üzrə bazar payı (BM) – müvafiq sığortaçı üzrә bağlanan müqavilәlәrin sayının ümumi müqavilәlәrin sayına nisbәti.

Şikayət indeksinin izahı: İndeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər