16 C
Baku
Thursday, November 21, 2024

Sürücülərin diqqətinə! Yeni sığorta düzəlişləri nələr vəd edir?

Azərbaycan Respublikası Milli Məclisində müzakirəyə çıxarılacaq “İcbari sığortalar haqqında” Qanun sürücülərin işini yüngülləşdirməyə imkan verəcək.

– Hazırda elektron sığorta müqaviləsini yalnız sığorta şirkətindən almaq mümkündür. Yeniliklərdən sonra sürücülər son 5 il üzrə olan müqaviləsini elektron bazadan çıxara biləcək.

– Əksər hallarda avroprotokol sığorta şirkətləri tərəfindən müəyyən bəhanələr gətirilməklə, tərtib edilmirdi. Əvəzində polisin forma 4 sənədi gözlənilərək vaxt itkisinə səbəb olurdu. Yeni düzəlişlərə əsasən artıq sığorta şirkətinin deyil, hadisə iştirakçılarının qərarına əsasən avroprotokol tərtib edilərək elektron sistemə yüklənəcək. Qeyd edək ki, avroprotokol 1000 manatadək zərər, hadisə iştirakçılarının hadisə barədə razılığı, sağlamlığa zərər dəyməməsi halları olduqda tərtib edilir və polisin forma 4 sənədinə ehtiyac yaranmır.

Göründüyü kimi mövcud vəziyyətə münasibətdə artıq sürücülər müəyyən vaxt itkisindən xilas ola biləcək.

Müəllif

“İnsurance Consalting Service” MMC-nin (sigortadestek.az) direktoru

Aqil Nuriyev

Son xəbərlər
Digər xəbərlər